Şəkərli diabet tip 1 uşaqlar
arasında ən geniş yayılmış xəstəliklərdən biri hesab olunur. Xəstəliyin rast
gəlmə tezlilyi müxtəlif ölkələrdə müxtəlifdir. Dunyanın bir sıra ərazilərində xəstəliyin yayılması nəzərəcarpan dərəcədə
variasiyaya malikdir. Bir sıra
ərazilərdə xəstəlik geniş yayılmışdır. Skandinaviya ölkələrində rast gəlməsi
daha yüksəkdir. Məsələn Finlandiyada hər 100000 nəfərə 40 nəfər
xəstələnmə halı düşür. Müşahidə olunmuşdur ki, cins münzsibətinə görə kişilər
qadinlarla müqayisədə daha tez-tez şəkərli diabet xəstəliyinə tutulurlar. Digər
tərəfdən xəstəlik fəsli xarakter daşiyir. Belə ki, qış aylarında xəstələnmə daha
yüksəkdir. Bu da virus infeksiyaların məhz həmin aylatrda rast gəlməsi ilə
əlaqədardır. Xəstəliyin bir piki 10-12
yaşa, digər piki isə 5-7 yaş arasına düşür.
Son illər isə daha kicik yaşlarda xəstəliyin rast gəlməsi müşahidə
olunur. Belə halın olmasıni hec nə ilə izah edə bilmirlər. Virus infeksiyalarin və qidalanma faktorları
burada əsas rol oynayır. Tip 1 şəkərlı
diabet ücün ailə ilə assosiyası da aşkar
olunmuşdur. Bu 10% halda rast gəlir. Bir hüceyrədən inkişaf edən əkizlərdə
xəstəliyin rast gəlmə riski 35%
sibslərdə isə bu 3-4%-dir.
Atasında şəkərli diabet tip 1 olanlarda isə qadınlarla müqayisədə xəstəliyin rast gəlməsi
daha yüksəkdir. Bunun belə olması da hal-hazırda məlum deyil.
Choose color style